Çin Şimali Koreya ilə birgə çəkilməkdə olan yüksək sürətli dəmir yolu xəttinin yaxınlarda istifadəyə veriləcəyini açıqlayıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, uzunluğu 207 kilometr olan yolun tikintisinə 2010-cu ildən başlanılıb.
Dəmir yolu xəttinin iki ölkə arasındakı soyuq münasibətlərin aradan qaldırılmasına müsbət təsir göstərəcəyi bildirilir.