Nüvə razılaşmasının arxasından yəhudi ailəsi çıxdı

Nüvə razılaşmasının arxasından yəhudi ailəsi çıxdı backend

İranın “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) ilə imzaladığı nüvə razılaşmasının Rokfeller Fondu tərəfindən maliyyələşdirildiyi ortaya çıxıb. Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazıb.

İddiaya görə, Rokfeller Fondu İran ilə nüvə müzakirələrin aparılması üçün 2003-cü ildən böyük maliyyə dəstəyi verir. “Bloomberg” agentliyində gedən “Rokfeller Fondunun maliyyələşdirdiyi vətəndaş diplomatiyası İranla razılaşmanın yolunu necə açdı?” başlıqlı xəbərində fondun 11 sentyabr hücumlarından sonra İran haqqında mövqeyinin dəyişməsindən bəhs edilir.

Məlumata görə, fondun nümayəndələrinin 2002-ci ildə İranın BMT-dəki nümayəndəsi olan (hazırkı xarici işlər naziri) Cavad Zərif ilə görüşdüyü deyilir.

Dünyanın ən zəngin ailələrindən olan Rokfellerlər Almaniyadan ABŞ-a mühacirət etmiş yəhudi mənşəli nəslin davamçılarıdır. Qardaşların yaratdıqları fond ilk günlərdən öz bizneslərindən kənar bir çox sahələrə yardım göstərir. Bu gün ABŞ və dünyada bu ailənin təmsilçiləri ən böyük missionerlərdən biri kimi tanınır. Diqqəti cəlb edən xüsusi məqam fondun beynəlxalq siyasətdə tutduqları mövqe və ABŞ-ın xarici siyasətinə təsir imkanlarıdır.
Diaspora