Rusiyalı biznesmenlər, oliqarx və məmurlar Rusiya Federasiyasında qeyri-qanuni yolla qazandıqları pulları saxlamaq və “yumaq” üçün tez-tez Qərb ölkələrindəki banklardan istifadə edirdilər. Əgər əvvəllər buna əhəmiyyət verilmirdisə, indi Rusiya Federasiyası vətəndaşlarının qeyri-qanuni pul axınını məhdudlaşdırmaq üçün beynəlxalq kampaniya başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna mənbələrindən daxil olan məlumatda qeyd edilib.
Bildirilib ki, ruslar Kiprdən tez-tez rus pullarının “yuyulması” və vergilərdən yayınmaq kimi beynəlxalq biznesi həyata keçirmək üçün istifadə edirlər. Kipr bankları Rusiya Federasiyasından olan müştərilərinə mümkün qədər "sadiq" yanaşır və pulun mənşəyi ilə bağlı lazımsız suallar vermirlər.
Virgin adaları Rusiyanın bütün “çirkli” pullarının yarısının yuyulmasında mühüm rol oynayır. Amma rəsmi London artıq öz ölkəsində bununla bağlı fəal mübarizəyə başlayıb. 2022-ci il avqustun 1-dən Böyük Britaniya ərazisində əmlak almaq istəyən və ya artıq ona sahib olan anonim xarici şirkətlər öz son sahiblərini Böyük Britaniya Xarici Hüquqi Şəxslərin Reyestrinə açıqlamalı olacaq. İslahatın məqsədi Britaniya ərazisindən qanunsuz sərvətlərini gizlətmək üçün istifadə edən rus oliqarxlarının kökünü kəsməkdə Britaniya hökümətinə kömək etməkdir.
“Transparency İnternational” təşkilatının məlumatına görə, 2016-cı ildən bəri Kremlə yaxın oliqarxlar Britaniyanın köməyi ilə 6,7 milyard funt-sterlinq pulu yuyublar ki, bunun da 1,5 milyard funt-sterlinqi daşınmaz əmlakdır.
Qeyd edək ki, bu problem bir sıra digər ölkələrdən də yan keçməyib.
Rusiya məmurlarının və iş adamlarının qeyri-qanuni gəlirlərə olan ənənəvi sevgisini nəzərə alaraq, Avropa Rusiya Federasiyasının nümayəndələri tərəfindən çirkli pulların yuyulmasına qarşı mübarizəyə başlayır ki, bu da gələcəkdə Putin rejiminin həm Ukraynada, həm də dünyanın digər yerlərində aqressiv siyasətinə mənfi təsir göstərəcək.