İngilis tədqiqatçılar Şimal dənizində yeni neft və qaz yataqları aşkarlayıblar.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yataqlardan gün ərzində 60-90 min barrel təbii yanacaq hasil ediləcək. Bu isə ölkənin təbii yanacağa olan ehtiyacının beş faizinin ödənilməsi deməkdir.