Ukrayna Ali Radasının binası qarşısında baş verən toqquşma zamanı Milli Qvardiyanın 20 döyüşçüsü yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Milli Qvardiyanın mətbuat xidmətindən xəbər verilib.
Məlumatda bildirilir ki, polis 10 yaralı milli qvardiyaçını Rada binasından təxliyə edib. Nümayişçilərlə toqquşma zamanı xəsarət alan döyüşçülər binanın yan çıxışından çıxarılıb. Onların əksəriyyəti ayağından yaralanıb.
Qeyd edək ki, toqquşmaya səbəb Ukrayna Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı qərarın qəbul edilməsi olub.