Aralıq dənizində nəhəng qaz yatağı kəşf olundu

Aralıq dənizində nəhəng qaz yatağı kəşf olundu backend

Aralıq dənizində geniş həcmdə ehtiyatlara sahib qaz yatağı kəşf olunub. APA TV-nin məlumatına görə, İtaliyanın “Eni” qaz şirkəti kəşf olunan yataqda ən azı 30 trilyon kub fut həcmində qaz ehtiyatı olduğunu açıqlayıb. Yataq 100 kvadrat kilometr ərazini əhatə edir. Yataq Misir sularında aşkarlanıb, hələlik bu nəhəng qaz yatağının istismarına dair heç bir açıqlama verilmir.


Xatırladaq ki, bundan əvvəl London yaxınlığında böyük neft yatağı aşkarlanmışdı. Bu yataqda 100 milyard barel neft ehtiyatının olduğu təxmin edilir.

Diaspora