Rusiyanın itkiləri 41 mini keçdi - 159-cu gün...

Rusiyanın itkiləri 41 mini keçdi - 159-cu gün... backend

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 030 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 768 tank, 4011 zirehli döyüş maşını, 932 artilleriya sistemi, 259 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 190 helikopter, 736 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 912 avtomobil texnikası və avtosistern, 82 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Diaspora