"Bir azdan biz "Mossad"ı ötüb keçəcəyik və hər bir "Azov"çunun qisası alınacaq..."

"Bir azdan biz "Mossad"ı ötüb keçəcəyik və hər bir "Azov"çunun qisası alınacaq..." backend

"Bu gün Ukraynada dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri formalaşır..."

 

Yelenovkada ukraynalı hərbi əsirlərin kütləvi qətlində əli olanlar, heç şübhəsiz, cəzalarına çatacaq. Ukraynada artıq xüsusi  bölmə yaradılıb və o, İsraildə "Mossad"ın məşğul olduğu işlə məşğuldur.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində bəyan edib.

 

Qeraşşenkonun sözlərinə görə, Ukrayna kəşfiyyatı, habelə Ukraynanın xüsusi xidmət orqanları tez ya gec Yelenovkada kütləvi qətldə əli olanları müəyyən edəcək və onlar cəzalarına çatacaq.

 

"Deyə bilərəm ki, Ukraynada elə bölmələr var ki, İsrailin "Mossad" təçkilatının məşğul olduğu işlərlə məşğuldur. Bir azdan biz "Mossad"ı ötüb keçəcəyik...Bu gün Ukraynada dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri formalaşır", - ukraynalı siyasətçi bəyan edib və əlavə edib ki, artıq indi bu bölmə Ukraynanın işğal edilən ərazilərində uğurla fəaliyyət göstərir.

 

"Siz görürsünüz ki, biz işğal edilən ərazilərdə körpüləri, digər kommunikasiyaları partladan satqınları necə zərərsizləşdiririk", - Qeraşşenko qeyd edib.

 

O, əlavə edib ki, müharibə bitəndən sonra Ukrayna "Mossad"la hansı xidmətin öz ölkəsinin mənafelərini daha yaxşı qorumağı bacardığı barədə yarışacaqdır".

 

Xatırladaq ki, İsrail xarici kəşfiyyatının "Mossad" bölməsi bütün dünyada 20 ildən artıq davam edən "Allahın qəzəbi" adı altında əməliyyatla tanınıb.

 

Bu əməliyyat 1972-ci il Münhen Olimpiadasında törədilən terror aktında və girovların götürülməsində əli olan "Qara sentyabr" təşkilatından Fələstin terrorçularının məhv edilməsindən ibarət olub.

Diaspora