Qırğızıstanda MDB ölkələrinin İssık-Kul İdman Oyunları keçiriləcək

Qırğızıstanda MDB ölkələrinin İssık-Kul İdman Oyunları keçiriləcək backend

Sentyabrın 4-dən 12-dək Qırğızıstanda MDB ölkələrinin İssık-Kul İdman Oyunları keçiriləcək.


MDB-nin Minskdəki icraiyyə Komitəsindən AZƏRTAC-a verilən məlumata görə 15-ci, yubiley İssık-Kul İdman Oyunları “Asiya əməkdaşlıq və sülh regionudur” devizi altında keçiriləcək. Yarışlarda MDB ölkələrindən, habelə Türkiyə, Hindistan və Pakistandan 2000-ə yaxın idmançı iştirak edəcək.

Nümayəndə heyətlərinin tərkibinə qeyri-peşəkar idmançılarla yanaşı, Oyunların iştirakçıları olan ölkələrdə kütləvi idman tədbirlərinin qalibləri də daxil olacaq.

İki yaş qrupunda: 35 yaşa qədər və yaşı 35-dən yuxarı olan idmançılar arasında keçiriləcək yarışların iştirakçıları 13 idman növündə, o cümlədən darts, yüngül atletika, mini-futbol, stolüstü tennis, üzgüçülük, voleybol, stritbol, armrestlinq və hətta kanat dartma yarışlarında mübarizə aparacaqlar.

İdmanın hər növündə yarışların yekunlarına görə şəxsi hesabda 1-3-cü yerləri tutan idmançılara medallar, diplomlar və fərmanlar təqdim ediləcək. Yarışlar başa çatandan sonra isə Oyunların iştirakçılarını və tamaşaçıları ən yaxşı idmançıların nümunəvi çıxışlarına və yaxtalar paradı gözləyir.

Oyunlar çərçivəsində Birlik ölkələrinin görkəmli idman və ictimai xadimlərinin iştirakı ilə “İdman və bədən tərbiyəsi inteqrasiya proseslərinin amilləri kimi” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

Qırğız Respublikası Hökuməti yanında Dövlət Bədən Tərbiyəsi və İdman Agentliyinin və MDB İştirakçıları olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən bu layihənin təşkilatçısı Qırğız Respublikası Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətləri Həmkarlar İttifaqı Şurasıdır.
Diaspora