Britaniya kəşfiyyatı: Putin Lukaşenkoya təzyiqi artırır, manevr etmək üçün meydan daralır...

Britaniya kəşfiyyatı: Putin Lukaşenkoya təzyiqi artırır, manevr etmək üçün meydan daralır... backend

"Ukrayna müharibəni dayandırmaq üçün Rusiyanın tələblərini qəbul etməlidir"

 

"Onun rejimi daha da avtoritar olub, terror aktının hazırlanmasına görə ölkədə ölüm hökmü tətbiq edilir"

 

"Lukaşenkon müharibədə bilavasitə iştirakdan çəkinməyə cəhd edir, amma onun manevr imkanları məhduddur"

 

Belarus prezidenti Aleksandr Lukaşenko, demək olar ki, tamamilə Rusiyadan asılı vəziyyətə düşüb, onun Kiyevin Kremlin tələbləri ilə razılaşmalı olduğu barədə bəyanatları isə Putinin Belarus liderinə təzyiqinin artmasını sübut edir.

 

Moderator.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının "Twitter"dəki hesabatında deyilir.

 

"İyulun 28-də Rusiya Belarus ərazisindən Ukraynanın şimalına ən azı 20 raket buraxıb", - hesabatda deyilir və qeyd edilir ki, Rusiya Belarus ərazisindən fevralda Kiyevi ələ keçirmək üçün uğursuz cəhdindən sonra əsas zərbələri endirmək üçün istifadə edib.

 

Böyük Britaniyanın müdafiə nazirliyi qeyd edir ki, Lukaşenko Rusiyanın Ukraynadakı müharibəsinin xəttini müdafiə etməkdə davam edir.

 

İyulun 21-də o, bəyan edib ki, Ukrayna müharibəni dayandırmaq barəsində Rusiyanın tələblərini qəbul etməlidir.

 

"Onun rejimi daha da avtoritar olub, "terror aktlarının hazırlanması"na görə ölüm hökmü tətbiq edir. Onun Qərbin Belarusa və Ukraynaya qarşı niyyətlərində artan və əsassız ittihamları göstərir ki, o, demək olar ki, tamamilə Rusiyadan asılı vəziyyətə düşüb", - müdafiə nazirliyinin məlumatında deyilir.

 

Kremldə belə qərar verilib ki, Belarus hərbçiləri bilavasitə müharibədə iştirak etməlidir. 

 

Lukaşenko bu addımdan çəkinməyə cəhd edir, lakin manevr üçün meydan məhduddur, britaniyalı kəşfiyyatçılar qeyd edir.

loading...
Diaspora