Bayden Məhərrəm ayı ilə bağlı çağırış etdi

Bayden Məhərrəm ayı ilə bağlı çağırış etdi backend

ABŞ Prezidenti Cozef Bayden Məhərrəm ayı ilə bağlı çağırış edib.

Qaziler.az xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı tviter hesabında yazıb.

“Bir çox müsəlman dostlarımız və qonşularımız İslamın Yeni ilini müqəddəs Məhərrəm ayında tarixi qurbanların xatirəsini düşünmək, oruc tutmaq və dua etmək üçün fürsət kimi qeyd edirlər.

Yeni ilə daxil olarkən ədalət, bərabərlik və mərhəmət dəyərlərinə qayıdaq”, - Bayden vurğulayıb.

Qeyd edək ki, hicri-qəməri təqvimi ilə bu gündən Məhərrəm ayı başlayıb. Miladi təqvimlə iyulun 30-u Məhərrəm ayının ilk günüdür.

Belə ki, hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir.

loading...
Diaspora