Boks üzrə Avropa çempionu 32 yaşında öldü

Boks üzrə Avropa çempionu 32 yaşında öldü backend

Rusiyanın Boks Üzrə Avropa çempionu İslam Tmurzev dünən gecə saatlarında dünyasını dəyişib.


Lent.az-ın Lenta.ru-ya istinadən məlumatına görə, 32 yaşında olan İ. Tmurzev uzun sürən müalicədən sonra xəstəxanada ölüb.
Deyilənə görə, ölümünə səbəb qan zəhərlənməsi olub. Boksçu bu gün günorta saatlarında Şimalı Osetiyada dəfn olunacaq.
Qeyd edək ki, Tmurzev 2007-ci ildə dünya çempionatında bürünc mükafatçı, 2006-cı ildə Avropa çempionu və 2005-ci ildə 91 kq çəki üzrə Dünya Qızıl Kubokunun qalibi olub .
Diaspora