Kürd Fəhlə Partiyasının (PKK) tərəfdarlarının hücumu nəticəsində Türkiyənin Diyarbəkir şəhərində daha iki polis nəfəri şəhid olub. Şırnakda isə minaya düşən polis maşınındakı yaralı həmkarlarına köməyə çatan polis terrorçular tərəfindən qətlə yetirilib.
Türkiyə KİV-lərinin məlumatına görə, Diyarbəkirdə yol polisi əməkdaşlarının qətli zamanı istifadə olunan avtomobil və bir Kalaşnikov avtomatı ələ keçirilib.