Ukraynadan taxıl dolu ilk gəmi bu gün yola düşəcək

Ukraynadan taxıl dolu ilk gəmi bu gün yola düşəcək backend

Fors-major hadisə baş verməzsə, bu gün - iyulun 29-da Ukraynanın Odessa limanından taxıl dolu ilk gəmi yola düşəcək.

Məlumatı Rusiya KİV yayıb.

Bildirilib ki, Ukraynadan gün ərzində yola salınacaq taxıl dolu ilk gəminin Somaliyə göndəriləcəyi gözlənilir. Gəmi 6 həftəyə Somali limanına yetişəcək.

Qeyd edək ki, Rusiyanın Ukrayna limanlarını mühasirəyə alması səbəbindən taxıl dolu gəmilərin nəzərdə tutulan istiqamətə göndərilməsi mümkün deyil. Türkiyə ilə BMT-nin Rusiya və Ukrayna arasında danışıqlar nəticəsində mühasirənin götürülməsinə nail olunub. Danışıqlara əsasən, Rusiya gübrələri də Qara dənizdəki limanlardan təyinatı üzrə göndəriləcək.

loading...
Diaspora