Gürcüstan niyə 3+3 formatına qoşulmur? - Çavuşoğlu açıqladı

Gürcüstan niyə 3+3 formatına qoşulmur? - Çavuşoğlu açıqladı backend

Gürcüstanın 3+3 formatı ilə bağlı mövqeyi aydındır.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.

“Gürcüstan, Türkiyə və Azərbaycan arasında əməkdaşlıq mexanizmləri vacibdir. Bildirdiyim kimi, regiondakı hazırkı vəziyyəti nəzərə alaraq, Gürcüstanın 3+3 formatı ilə bağlı mövqeyi aydındır, lakin bu mərhələdə, biz regionda davam edən proseslərlə bağlı müzakirələrə 3+2 formatında davam edirik”, - deyə XİN başçısı qeyd edib.

APA

loading...
Diaspora