Türkiyənin "Petkim" neft-kimya kompleksi ildə istehsal gücünü 3,2 milyon tondan 3,6 milyon tonadək artırıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə şirkətin rəhbəri Kənan Yavuz deyib.
Onun sözlərinə görə, Türkiyədə "Petlim" konteyner limanı 2016-cı ilin yanvarında konteynerləri qəbul etməyə başlayacaq: ""Petlim" konteyner limanı Türkiyənin üçüncü iri limanı, Egey dənizinin isə ən iri limanı olacaq. O, 11 min konteynerədək yükgötürmə qabiliyyətinə malik iri konteyner gəmilərini qəbul edə biləcək. Limanın tikintisinə 400 milyon dollar həcmində investisya qoyulub, onun 300 milyonu "Petkim"ə məxsusdur".