Hulusi Akar bu 2 ölkəyə xəbərdarlıq etdi

Hulusi Akar bu 2 ölkəyə xəbərdarlıq etdi backend

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edib.

“CNN Türk” xəbər verir ki, o, bu barədə latviyalı həmkarı Artis Pabrikslə görüşündə bildirib.

“Madriddə imzalanan anlaşma memorandumu hələ son deyil. Əksinə, bu hələ başlanğıcdır. Qarşı tərəflərdən razılaşmalara əməl etmələrini gözləyirik”, - o əlavə edib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın şərtlərə uyğun olaraq terrorçuları qaytarmayacağı təqdirdə onların NATO-ya üzvlüyünə veto qoyula biləcəyini söyləyib.

loading...
Diaspora