Malayziyada Baş nazirin istefasını tələb edən mitinqlər keçirilib

Malayziyada Baş nazirin istefasını tələb edən mitinqlər keçirilib backend

Malayziyanın paytaxtı Kuala-Lumpurda və digər şəhərlərdə maliyyə qalmaqalında iştirakı güman edilən Baş nazir Nacib Razakın istefası tələbi ilə ikigünlük mitinqlər keçirilib.



Bütün ölkə ərazisini əhatə edən etiraz dalğasına avqustun 30-da yekun vurulub. Təşkilatçıların bildirdiyinə görə, mitinqlərdə yüz minlərlə insan iştirak edib.

Sabiq Baş nazir Mahathir Mohamed də mitinqə qatılıb. O xalqı birləşərək N.Razakın istefasına nail olmağa çağırıb.

Hazırkı Baş nazir dövlət fondundan yeddi milyon dollar vəsaitin qeyri-qanuni mənimsənilməsində şübhəli bilinir.

N.Razak istefaya getmək niyyətində deyil və onun yaydığı bəyanatda bildirilir ki, mitinqlər ölkəyə beynəlxalq inamı sarsıdıb.
Diaspora