Türkiyə XİN Abdulla Şahidin Ermənistanda qondarma “soyqırımı abidəsi”ni ziyarət etməsini pisləyib

Türkiyə XİN Abdulla Şahidin Ermənistanda qondarma “soyqırımı abidəsi”ni ziyarət etməsini pisləyib backend

BMT Baş Assambleyasının 76-cı sessiyasının Prezidenti və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahidin Ermənistana səfəri çərçivəsində qondarma “soyqırımı abidəsini” ziyarət etməsi başa düşülmür.

Apa xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

 

Bildirilib ki, BMT Baş Assambleyasının prezidenti kimi tərəfsiz vəzifəni icra edən biri diqqətli olmalı və məsuliyyətli davranmalı idi.

Qeyd olunub ki, BMT səlahiyyətli orqanlarını təmsil edən şəxslərin 1948-ci il tarixli BMT “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiya başda olmaqla, beynəlxalq hüququn norma və qaydalarına uyğun davranmaları lazımdır:

“Tarixi faktlar və beynəlxalq hüququn siyasi manipulyasiya ilə təhrif edilməsi cəhdlərini qınayır və rədd edirik. Türkiyə 1915-ci il hadisələri ilə bağlı həqiqətlərin tam, adil və dürüst çərçivədə müzakirə edilməsi qənaətindədir”.

loading...
Diaspora