İraqın şimalında Türkiyənin daha bir əsgəri şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalında keçirilən Pəncə 1-2 əməliyyat bölgəsində iyulun 26-da yaralanan əsgər Cüneyt Taşyürekin həyatını xilas etmək mümkün olmayıb.
O, yaralandıqdan dərhal sonra xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq C.Taşyürek dünyasını dəyişib.
Qeyd edək ki, "Fərat Qalxanı" antiterror əməliyyatında PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin daha 2 hərbçisi şəhid olub.