Rusiyanın canlı itkiləri 40 mini ötdü - 154-cü gün...

Rusiyanın canlı itkiləri 40 mini ötdü - 154-cü gün... backend

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 070 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 738 tank, 3 971 zirehli döyüş maşını, 883 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 726 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 847 avtomobil texnikası və avtosistern, 75 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

loading...
Diaspora