Putin və Kreml Ukraynanın mülki əhalisinə qarşı aktiv müharibəni davam etdirir.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd edilib.
"Müharibə başlayandan Rusiya Ukrayna ərazisinə 18 minə yaxın zərbə endirib ki, bunun da ən azı 3 mini raket zərbələridir. 300-ə yaxın hərbi obyekt və mülki infrastrukturlara zərbələr endirilib. Ukrayna silahlı qüvvələrinin şücaətinə cavab olaraq, Kreml Ukraynada yaşayış binalarını, ticarət obyektlərini, tibb müəssisələrini məqsədyönlü şəkildə dağıdıb, mülki əhaliyə qarşı terror aktı edir".
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının məlumatına görə, Ukraynada müharibə başlayandan indiyədək 5237 mülki şəxs həlak olub, 7035 nəfər yaralanıb. Bundan əlavə, mövcud məlumatlara görə Rusiya Federasiyasının Ukraynada cinayət əməlləri nəticəsində 1039-dan çox uşaq xəsarət alıb, onlardan 681-i müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, 358-i dünyasını dəyişib.