“Titanik”də oynayan aktyor vəfat edib

“Titanik”də oynayan aktyor vəfat edib backend

“Titanik” filmində rol alan Britaniya aktyoru Devid Uorner 80 yaşında vəfat edib.

Apa TASS-a istinadən xəbər verir ki, bu barədə aktyorun qohumları bildirib.

Qocalar evində qalan aktyor ömrünün son 18 ayını onkoloji xəstəliklə mübarizə aparırmış.

Daha çox mənfi qəhrəmanları canlandıran Uorner 1978-ci ildə ekranlara çıxan “Otuz doqquz addım”, eləcə də “Zamanın quldurları” (1981), “Taxt” (1982) filmlərindən sonra məşhurlaşıb.

Diaspora