ABŞ Çinə sanksiya tətbiq etməyə hazırlaşır

ABŞ Çinə sanksiya tətbiq etməyə hazırlaşır backend

Barak Obama administrasiyası kiber hücumlar vasitəsilə milyonlarla amerikalının şəxsi məlumatlarının oğurlanmasında günahkar olan Çin şirkətləri və sahibkarlarına qarşı iqtisadi sanksiyalar paketi hazırlayır.



APA-nın “newsru.com”a istinadən verdiyi xəbərə görə, bu barədə “The Washington Post” məlumat yayıb. Qəzet yazıb ki, qəti qərar yaxın iki həftə ərzində veriləcək.

Ağ Ev xəbəri şərh etməyib. Lakin administrasiyadakı adı açıqlanmayan mənbə bu addımın həm Çin, həm də amerikalı iş adamları üçün siqnalı olacağını deyib: “Pekinə administrasiyanın iqtisadi casusluqla mübarizə aparmaqda qərarlı olduğuna dair, özəl sektora isə “biz bir komandayıq” mesajı veriləcək”.

Daha əvvəl Ağ Evin mətbuat xidmətinin rəhbəri Coş Ernest keçirdiyi brifinqdə bu məsələnin B. Obama ilə onun çinli həmkarı arasında müzakirə ediləcəyini söyləmişdi: “Şübhəsiz, prezident çinli həmkarı ilə əvvəlki görüşlərində olduğu kimi, Çinin kiber məkandakı fəaliyyətlərindən narahatlıq ifadə edəcək”.

Xatırladaq ki, ABŞ çinli hakerləri dövlət idarələrinin kompüter sistemlərinə müntəzəm müdaxilədə günahlandırır. Ən ciddi insident isə hakerlərin Planlaşdırma və İdarəetmə Departamentinin məlumat bazasına müdaxiləsi olub. Nəticədə keçmiş dövlət qulluqçuları da daxil olmaqla, 25 milyona yaxın insanın şəxsi məlumatları oğurlanıb
Diaspora