Rusiyanın Ukraynadakı itkiləri 152-ci gündə...

Rusiyanın Ukraynadakı itkiləri 152-ci gündə... backend

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 39 700 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 730 tank, 3 950 zirehli döyüş maşını, 876 artilleriya sistemi, 257 reaktiv yaylım atəşi sistemi, 116 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 188 helikopter, 719 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 832 avtomobil texnikası və avtosistern, 73 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

loading...
Diaspora