Bəşər Əsəd müxalifləri “vaakum bombası“ ilə vurdu

Bəşər Əsəd müxalifləri “vaakum bombası“ ilə vurdu backend

Suriya ordusu müxaliflərə qarşı yenidən hava hücumu təşkil edib. APA TV-nin məlumatına görə, hava hücumu paytaxt Dəməşqin müxaliflərin nəzarətində olan ərazisinə edilib.

Ordu müxaliflərlə qarşı bu dəfə “vaakum bombaları”ndan istifadə edib. Bombalar Dəməşqin cənubunda Guta bölgəsində yerləşən qəsəbələrə atılıb. Dumada 10, Müdirdə 2 və Sabakda 9 nəfər ölüb. Verilən rəsmi açıqlamada bildirilir ki, hava hücumu zamanı ümumilikdə 21 nəfər ölüb, 100 nəfər isə yaralanıb.

Bölgədəki xəstəxanalardan verilən məlumatlara görə, hava hücumu nəticəsində xəstəxanalıq olan yaralıların vəziyyəti ağırdır. Ölənlərin hamısı dinc sakinlərdir. Yerli sakinlərin verdiyi məlumata görə, uçan binaların altında yüzlərlə insan qalıb. Onların axtarışları üçün bölgəyə çoxlu sayda xilasedici göndərilib.


Diaspora