Yeni Delhinin ilk meymunçiçəyi xəstəsi var

Yeni Delhinin ilk meymunçiçəyi xəstəsi var backend

Hindistanın paytaxtı Yeni Delhidə meymunçiçəyinə yoluxma halı qeydə alınıb.

Bu barədə “TASS” xəbər verir.

Delhinin milli paytaxt dairəsinin baş naziri Arvind Kejrival faktı təsdiq edib: “Xəstə stabildir və sağalır. Panikaya ehtiyac yoxdur. Vəziyyət nəzarət altındadır”.

Delhinin baş naziri həmçinin bildirib ki, Hindistan xəstəxanalarından birində bu xəstəliyin müalicəsi üçün xüsusi izolyasiya otağı yaradılıb.

Qeyd edək ki, meymunçiçəyi xəstəliyinin simptomları çiçək xəstəliyinin simptomlarına çox oxşayır. Simptomlar iki-dörd həftə davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meymunçiçəyi xəstəliyi əsasən dəridən dəriyə yaxın təmasla ötürülür. Virusun tənəffüs yolları, habelə çirklənmiş yataq dəsti vasitəsi ilə keçməsi mümkündür.

Xəstəliyin inkubasiya dövrü 6-13 günə qədər davam edir, lakin bu müddət 21 günə qədər də uzana bilər.

loading...
Diaspora