Zelenski Tokayevə təşəkkür edib - SƏBƏB

Zelenski Tokayevə təşəkkür edib - SƏBƏB backend

Ukrayna Prezidenti Vladimir Zelenski telefon danışığı zamanı Qazaxıstan lideri Kasım-Jomart Tokayevə ölkəsinin ərazi bütövlüyünə göstərdiyi dəstəyə və qondarma “LXR” və “DXR”i tanımamasına görə təşəkkür edib.

APA xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı “Twitter“ hesabında bildirib.

O, qazaxıstanlı həmkarı ilə iqtisadiyyat, enerji, rəqəmsallaşma sahəsində əməkdaşlıq layihələrini müzakirə etdiyini də vurğulayıb.

Diaspora