“Ukraynanın 10 milyard dollarlıq taxılı var” - Zelenski

“Ukraynanın 10 milyard dollarlıq taxılı var” - Zelenski backend

“Ukraynanın ixraca hazır təqribən 10 milyard dollarlıq taxılı var”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ötənilki taxıl məhsulunun 20 milyon tona yaxını ixrac ediləcək:

“Bu ilki məhsul artıq yığılır və satıla bilər. Bunlar fermerlərin, bütün kənd təsərrüfatı sektorunun və dövlət büdcəsinin gəlirləridir. Bunlar işdir. Artıq anbarımızda təxminən 10 milyard dollarlıq taxıl var”.

Zelenski əlavə edib ki, taxıl ixracı üçün dəhlizin yaradılması ilə bağlı İstanbulda imzalanmış sazişin icrasına nəzarəti təmin etmək üçün BMT-yə etibar edib.

loading...
Diaspora