ABŞ Prezidenti Pakistanın Baş nazirini Ağ Evə dəvət edib

ABŞ Prezidenti Pakistanın Baş nazirini Ağ Evə dəvət edib backend

ABŞ Prezidenti Barak Obama Pakistanın Baş naziri Navaz Şərifi oktyabr ayında Ağ Evə dəvət edib.



AZƏRTAC Rusiyanın Ria Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Syuzan Rays öz “Twitter” səhifəsində yazıb.

Bildirilir ki, dəvətin məqsədi regionda baş verən hadisələri müzakirə etməkdir.

Xatırladaq ki, tərəflər arasında birinci görüş 2013-cü ilin oktyabr ayında baş tutub.
Diaspora