Avqustun 30-da Bolqarıstanın Baş naziri Boyko Borisovun təyyarəsi texniki nasazlıq səbəbindən Varna şəhərində məcburi eniş edib.
AZƏRTAC “RİA Novosti”yə istinadla bildirir ki, hökumət təyyarəsinin göyərtəsində texniki nasazlıq baş verib. Təyyarə Plovdiv şəhərinin hava limanına uçurmuş.