"Söhbət heç də təkcə Donetsk və Luqanskdan getmir..." - Sergey Lavrov

 "Söhbət heç də təkcə Donetsk və Luqanskdan getmir..." - Sergey Lavrov backend

"İndi coğrafiya başqadır. Bu, heç də DXR və LXR deyil, həmçinin, Xerson vilayəti, Zaporojye vilayəti və bir sıra digər ərazilərdir və bu proses ardıcıl olaraq və inadla davam edəcək..."

 

"Qərb ölkələrindən yeni silah daxil olduqca, xüsusi əməliyyatın coğragiyası genişlənəcək..."

 

"Kiyev hakimiyyətinin danışıqlara istəyinin olduğunu görmürük..."

 

Rusiyanın Ukraynada iştahası artmaqda davam edir...

 

Rusiya xarici işlər naziri Servey Lavrov Ukrayna coğrafiyasının dəyişməsi və Rusiyanın Ukraynanın zəbt edilməsi planları barədə danışıb.

 

Moderator.az xəbər verir ki, bu barədə o, "Russia Today" telekanalının baş redaktoru Marqarita Simonyana və "RİA Novosti" agentliyinə verdiyi müsahibəsində bəyan edib.

 

"İndi coğrafiya başqadır. Bu, heç də təkcə DXR və LXR deyil, həmçinin, Xerson vilayəti, Zaporojye vilayəti və bir sıra digər ərazilərdir və bu proses davam edir, özü də ardıcıl surətdə və inadla davam edir", - Lavrov belə deyib.

 

"İstanbulda görüş zamanı  bir coğrafiya olub, bizim Ukraynanın təkifini qəbul etməyə hazır olmağımız həmin coğrafiyaya, 2022-ci ilin martın sonuna olan coğrafiyaya əsaslanıb", - rusiyalı nazir izah edib.

 

Lavrov qeyd edib ki, Qərb ölkələrindən yeni silah daxil olduqca, "xüsusi əməliyyat"ın coğrafi vəzifələri hazırki təmas xəttindən uzaqlacaq.

 

"Ona görə ki, biz Ukraynanın Zelenskinin və ya onu əvəz edəcək birisinin nəzarət edəcəyi hissəsində bizim ərazimizə və öz müstəqilliklərini elan edən, öz gələcəyini müstəqil surətdə müəyyən etmək istəyən respublikaların ərazilərinə birbaşa təhlükə olan silahın olmasına imkan verə bilmərik", - Lavrov deyib.

 

Bundan öncə İstanbul danışıqlarını Rusiya prezidenti Vladimir Putin də İrana səfəri zamanı xatırladaraq, Kiyevdən öz qoşunlarını geri çəkməsinin səbəbini izah edib.

 

O, deyib ki, Rusiya ordusu qoşunlarını Kiyevdən Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün "şərait yaradılması" naminə geri çəkib.

 

"Bu şəraitin yaradılması üçün bizim qoşunlar Ukraynanın mərkəzi Kiyedən geri çəkilib. Kiyev hakimiyyəti bu razılaşmaları icra etməkdən imtina edib, hərçənd, onlar praktiki olaraq razılaşdırılmışdı. Beləliklə, son nəticə vasitəçilərdən deyil, danışıqları aparanların istəyindən asılıdır. Bu gün biz Kiyev hakimiyyətində belə istəyin olduğunu görmürük", - Putin deyib və danışıqlar üçün imkan yaratdığına görə Türkiyə nümayəndələrinə minnətdarlıq edib.

Diaspora