Avqustun 30-da miqrantları daşıyan gəminin Liviya sahillərində batması nəticəsində ən azı 7 nəfər həyatını itirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, əldə edilən məlumatlara əsasən həlak olan 7 miqrantın cəsədi Əl-Xums şəhəri yaxınlığında aşkar edilib. Gəmidə ümumilikdə neçə nəfərin olduğu barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, bu ilin 8 ayı ərzində Avropaya yollanan 300 mindən çox miqrantdan 2500-ü həlak olub.