Müdafiə naziri: ABŞ Ukraynaya daha 4 HIMARS göndərəcək

Müdafiə naziri: ABŞ Ukraynaya daha 4 HIMARS göndərəcək backend

ABŞ Ukraynaya daha dörd yüksək hərəkətli artilleriya raket sistemi (HIMARS) göndərəcək.

Apa xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynaya dəstəklə bağlı Təmas Qrupunun virtual formatda keçirilən iclasında bildirib.

“Biz Ukrayna Silahlı Qüvvələrində xidmət edən cəsur kişi və qadınlara uzunmüddətli dəstəyimizi davam etdirmək üçün innovativ yollar tapmağa davam edəcəyik və Ukraynanın özünü müdafiə etməsi üçün texnologiya, silah və sursatla təmin etmək üçün yardımımızı uyğunlaşdıracağıq”, - Pentaqon rəhbəri bildirib.

O əlavə edib ki, yeni hərbi dəstək paketinə çox buraxılışlı raket sistemləri və artilleriya üçün mərmilər də daxildir. Son hərbi yardım paketi ABŞ-ın Ukraynaya verdiyi HIMARS-ların ümumi sayını 16-ya çatdıracaq.

Ukrayna tərəfi bildirib ki, Qərb tərəfindən təchiz edilmiş reaktiv raket sistemlərindən istifadə etməklə, Rusiyanın 30 logistika və sursat mərkəzinə uğurlu zərbələr endirib.

HIMARS daha uzun məsafəyə malikdir və Ukraynanın arsenalında olan Sovet dövründən qalma artilleriyadan daha dəqiqdir.

Qeyd edək ki, ABŞ Rusiyanın hücumundan bəri Ukraynaya 8 milyard dollar dəyərində hərbi yardım göstərib.

loading...
Diaspora