İranla İraq sərhədində atışma: ölənlər var

İranla İraq sərhədində atışma: ölənlər var backend

İranın qərbində hərbçilərlə silahlı qruplaşma arasında baş verən atışma nəticəsində iki hərbçi ölüb.

“Report” İranın rəsmi televiziyasına istinadən xəbər verir ki, bu barədə İranın Kürdüstan əyalətinin Sərhəd mühafizə xidmətinin komandiri polkovnik Arif Sepehri bildirib.

Onun sözlərinə görə, ötən gecə əyalətin Bane və Rave rayonlarından terrorçular sızmaq istəyib. Bu zaman hərbçilərlə onlar arasında atışma baş verib. Polkovnik iki hərbçinin öldüyünü, terrorçuların zərərsizləşdirildiyini bildirib.

Sepheri terrorçuların mənsub olduğu silahlı qruplaşmanın adını açıqlamayıb.

Qeyd edək ki, İran ərazisinə İraqdan PKK terror təşkilatının yaraqlıları sızırlar. Qruplaşmanın İslam Respublikasında “Pejak” adlı qolu fəaliyyət göstərir.

loading...
Diaspora