1922-ci ildə Türkiyə milli ordusunun qazandığı rəşadətə görə təsis olunmuş Zəfər bayramı – Türk Silahlı Qüvvələri günü münasibətilə Ankarada keçirilən rəsmi mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu, parlamentin deputatları, hökumət rəsmiləri, Ankarada fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir ziyarət olunub. Atatürkün məzarı önünə əklil qoyulub, əziz xatirəsi yad edilib.
Sonra Türkiyənin İstiqlal marşı oxunub.
Mərasim Ankaradakı Atatürk Mədəniyyət Mərkəzində davam edi