Rusiyanın itkiləri açıqlandı - 147-ci gün...

Rusiyanın itkiləri açıqlandı - 147-ci gün... backend

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 38 750 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 700 tank, 3 905 zirehli döyüş maşını, 851 artilleriya sistemi, 248 reaktiv yaylım atəşi sistemi, 113 hava hücumundan müdafiə sistemi, 221 təyyarə, 188 helikopter, 703 PUA, 167 qanadlı raket, 15 gəmi, 2 775 avtomobil texnikası və avtosistern, 70 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

loading...
Diaspora