Almaniyanın Ukraynaya kömək etmək üçün silahı tükənir

Almaniyanın Ukraynaya kömək etmək üçün silahı tükənir backend

Almaniya Bundesverinin (Almaniya Silahlı Qüvvələri) Ukraynaya hərbi yardım göstərmək üçün resursları tükənmək üzrədir.

“Report” Welt” nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristin Lambrext Mülhaym şəhərində Fransa-Almaniya briqadasına səfəri zamanı deyib.

“Bizim Bundesverdən silah ötürmək üçün imkanlarımız azdır, mən bunu açıq deyirəm və həmkarım, Ukraynanın müdafiə naziri Aleksey Reznikov da xəbərdardır. Bütün hallarda Berlin işğalçı ölkəyə qarşı mübarizədə Kiyevi dəstəkləməkdə davam etmək niyyətindədir”, - o deyib.

Bu kontekstdə Lambrext xatırladıb ki, Almaniya artıq “Panzerhaubitzen 2000” özüyeriyən haubitsalarının bir hissəsini Kiyevə çatdırıb.

loading...
Diaspora