Rəisidən ABŞ-la bağlı açıqlama: Suriyanı tərk etməsinə razıyıq

Rəisidən ABŞ-la bağlı açıqlama:  Suriyanı tərk etməsinə razıyıq backend

"Astana formatının tərəfləri ABŞ-ın Suriyanı tərk etməsinə razı oldular".

TASS xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Tehranda Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşündən sonra açıqlayıb.

Onun sözlərinə görə, tərəflər Suriya xalqına humanitar yardım göstərməyə davam edəcək.

"Region ölkələri və beynəlxalq ictimaiyyət suriyalı qaçqınların öz ölkələrinə qayıtmasına kömək etməlidir", - Rəisi vurğulayıb.

Diaspora