Putin və Ərdoğan arasında ikitərəfli görüş başlayıb

Putin və Ərdoğan arasında ikitərəfli görüş başlayıb backend

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş başlayıb.

Bu barədə "Habertürk" xəbər verir.

Liderlər İranda keçiriləcək üçtərəfli sammitdən əvvəl bir araya gəliblər.

Rusiya prezidenti görüşdə deyib ki, Moskva ilə Ankara arasında münasibətlər hər şeyə rəğmən inkişaf edir, ölkələr arasında ticarət dövriyyəsi əhəmiyyətli sürətlə artmaqdadır. 

Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının Qara dəniz limanlarından ixracına dair danışıqların uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib. Taxıl ixracı ilə bağlı vəziyyətdən danışan Ərdoğan Rusiyanın bu məsələdə konstruktiv vasitəçilik rolunu qeyd edib.

loading...
Diaspora