Putin Rəisi ilə görüşdü

Putin Rəisi ilə görüşdü backend

Tehranda üçtərəfli sammit öncəsi Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında görüş olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə çıxış edən İran Prezidenti bildirib ki, ölkələr arasında təcrübə və əməkdaşlıq sayəsində region daha təhlükəsiz olub.

"Əlaqələrimiz və terrorla mübarizədə əməkdaşlığımız sübut etdi ki, biz qarşıya qoyduğumuz məqsədlərə nail ola bilərik. Hesab edirəm ki, bu, regionumuzda təhlükəsizlik səviyyəsinin yüksəldilməsi baxımından çox dəyərli və yaxşı təcrübədir", - Rəisi deyib.

Putin öz növbəsində qeyd edib ki, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirməklə Suriya böhranının həllinə mühüm töhfə verilə bilər.

Tehranda Rusiya Prezidenti İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə də görüşüb.

loading...
Diaspora