Malayziyanın paytaxtı Kuala-Lumpurda baş nazir Nəcib Razakın istefası tələb ilə etiraz aksiyaları davam edir.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, kütləvi etiraz aksiyaları avqustun 29-da başlayıb.
Hüquq-mühafizə orqanları nümayişlərdə 25 min, etirazçılar isə 200 min nəfərin iştirak etdiyini iddia edir.
Etirazlara səbəb Malayziyanın baş nazirinin bank hesabına naməlum xarici sponsorlar tərəfindən 700 milyon dolların keçirilməsi barədə məlumatın yayılması olub. Nəcib Razak, öz növbəsində, bütün ittihamları rədd edir və etirazçıları Malayziyanın imicinə xələl gətirməkdə günahlandırır.