400 nəfəri daşıyan qayıq batdı: 192 ÖLÜ

400 nəfəri daşıyan qayıq batdı: 192 ÖLÜ backend

Liviyadan Avropaya miqrant aparan təknənin batması nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb.



APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təknədə ümumilikdə 400 nəfərin olduğu, onlardan yalnız 198 nəfərinin sağ qurtarıldığı bildirilib.

Qızıl Ay təşkilatının Liviya təmsilçiliyi axtarışların davam etdiyini bildirib.

Liviya rəsmiləri isə bu miqrant axınını “insan alveri” adlandırıb və bunu təşkil edən bir neçə nəfərin həbs edildiyini bildirib.

Qeyd edək ki, bu il Avropaya dəniz yol ilə 255 mindən çox qaçqın gedib. Ötən il isə 219 min nəfər Avropa qaçqın kimi gedib, 3 500 nəfər isə bu yolda ölüb.
Diaspora