Avqustun 29-da Cənubi Afrika Respublikasında (CAR), İstern Keyp əyalətində bir-birinin ardınca iki ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 47 nəfər həyatını itirib.
Məlumata əsasən, əvvəl sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 4-ü uşaq olmaqla 35 nəfər ölüb. Bir qədər sonra isə mikroavtobus qəza törədib, 12 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Polis qəzaların başvermə səbəblərini araşdırır.