Rusiya və Finlandiya bütün hökumətlərarası əlaqələri dondurdu

Rusiya və Finlandiya bütün hökumətlərarası əlaqələri dondurdu backend

“Rusiya və Finlandiya arasında praktiki olaraq bütün hökumətlərarası və nazirliklərarası əlaqələr Helsinkinin təşəbbüsü ilə dondurulub”.

Bunu Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov “Rossiya-24” telekanalının efirində bildirib.

“Son aylarda finlandiyalı dostlarımız onilliklər ərzində bütün səviyyələrdə və bütün sahələrdə toplanmış böyük ikitərəfli əməkdaşlıq potensialının dayandırılması üçün hər şeyi etdilər. Finlərin təşəbbüsü ilə demək olar ki, bütün hökumətlərarası və nazirliklərarası əlaqələr dondurulub”, - deyə o qeyd edib. (oxu.az)

Mənbə: TASS

loading...
Diaspora