İspaniyada anomal istilər 510 insanın həyatına son qoyub

İspaniyada anomal istilər 510 insanın həyatına son qoyub backend

İspaniyada bir həftə davam edən anomal istilər səbəbindən 500-dən çox insan ölüb.

Bu barədə “Report” yerli EFE agentliyinə istinadən xəbər verir.

Səhiyyə Nazirliyinin tabeliyində olan III Karlos Sağlamlıq İnstitutunun məlumatına görə, iyulun 10-dan 16-a qədər 510 ispaniyalı 45 dərəcə temperaturun təsirindən ölüb. Onlar xüsusən yaşı 85-dən yuxarı olan qocalardır.

İspaniya Dövlət Meteorologiya Agentliyi əksər regionlarda hava xəbərdarlığı səviyyəsini təhlükə baxımından sarıya, yüksək təhlükə baxımından narıncıya yüksəldib. Bəzi əyalətlərdə həyəcan həddi ən yüksək həddə - qırmızıya qaldırılıb ki, bu da həddindən artıq təhlükə deməkdir.

loading...
Diaspora