ABŞ-ın sayt və əlavələrin analitikası üzrə aparıcı "SimilarWeb” tədqiqat şirkəti dünyanın ən populyar saytlarının reytinqini təqdim edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Lent.az-a verilən məlumata görə, populyar saytlar onluğuna “VKontakte” sosial şəbəkəsi və “Yandex” axtarış sistemi də daxil olub. Onlar müvafiq olaraq altıncı və doqquzuncu yeri tutublar. Liderlər üçlüyündə "Facebook” , “Google” və “YouTube” yer alıb. Qeyd olunan resurslarla yanaşı, TOP-10-a “Yahoo!” şirkəti, “Wikipedia” , “Twitter” və “Microsoft” korporasiyasının “Live.com” poçt xidməti daxildir.Məlumat üçün bildirək ki, “SimilarWeb” analitik şirkəti bir sıra alətlərin (istifadəçidə quraşdırılan panellər, xüsusi proqramlar, birbaşa ölçmələr) köməyi ilə dünyada sayt və mobil əlavələrin qiymətləndirilməsi ilə məşğul olur.