Avtobusda mütaliə edənlər gediş haqqı ödəməyəcəklər

Avtobusda mütaliə edənlər gediş haqqı ödəməyəcəklər backend

Rumıniyanın Kluj-Napoka şəhərinin fəallarından olan Viktor Mirona maraqlı təkliflə çıxış edib.



Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, o, şəhərin avtobuslarında mütaliə edən sərnişinlərin gediş haqqından azad olunmalarını istəyib. Təklif mütaliəyə olan marağın artırılması məqsədilə irəli sürülüb.

Kluj-Napoka şəhərinin icra başçısı təşəbbüsün tezliklə həyata keçiriləcəyini bildirib.
Diaspora