Perunun paytaxtı Lima şəhəri yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Limadan 130 km cənub-şərqdə, Yauyos əyalətində, ocağı isə 94 km dərinlikdə yerləşib.
Zəlzələ Limada hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.