Tanınmış teleaparıcı Belçikanın XİN rəhbəri oldu

Tanınmış teleaparıcı Belçikanın XİN rəhbəri oldu backend

Tanınmış teleaparıcı Aca Ləbib Belçikanın xarici işlər naziri təyin olunub.

TASS xəbər verir ki, bu barədə Belçika parlamentindəki hakim koalisiyanın nümayəndəsi Jorj-Lui Buşe bildirib.

Aca Ləbib istefa vermiş Sofi Vilmesi əvəzləyib.

Qeyd edək ki, Belçikanın xarici işlər və Avropa işləri üzrə naziri Sofi Vilmes yoldaşının xəstəliyinə görə istefa verib.